Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə (AKİA) yeni sədr müavini təyin edilib. Banker.az xəbər verir ki, bu Leyla Məmmədovadır.
O, bundan sonra AKİA İdarə Heyəti sədrinin müavini kimi çalışacaq.
L.Məmmədova bundan öncə də KTN-nin kurasiyasında olan bir qurumda fəaliyyət göstərirdi. Belə ki, “Aqrar Tədarük və Təchizat” ASC-də əvvəlcə 2019-cu ilin fevralından İdarə Heyəti sədri, 2020-ci ilin martından isə Müşahidə Şurasının üzvi kimi fəaliyyət göstərib.
L.Məmmədova həmçinin 2-ci dövlət bankı “Azər Türk Bank”da departament direktoru da olub.
Hazırda aqrar sektoru kreditləşdirmə funksiyasını həyata keçirən AKİA-da sədr ASAN Xidmət-dən tanıdığımız Seymur Mövlayevdir. Onunla yanaşı iki müavin – Mehman İsmayılov və Əmir Əmirli vardır.