2020-ci ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 132,6 saat təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Azərbaycanda 2020-ci ilin ilk 7 ayı ərzində ən çox iş saatlarının azalması təhsil, istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət və eləcə də turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində olub.
Bu ilin yanvar-iyul aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarında ən çox azalma təhsil sahəsində qeydə alınıb. İlk yeddi ayda təhsil işçilərinin orta aylıq iş saatının miqdarı ötən illə müqayisədə 55.9 saat miqdarı azalmaqla 86.7 saata düşüb.
İkinci yerdə ən çox azalma turistlərin yerləşdirilməsi və ictimai iaşə sahəsindədir ki, burada çalışanların iş saatları 17.7 saat miqdarı azalmaqla 133.4-ə düşüb.
Üçüncü yeri isə istirahət, əyləncə və incəsənət sahələri tutur. Bu sahədə çalışanların orta aylıq iş saatının miqdarı illik müqayisədə 16.5 saat azalaraq 134.7 saat olub.