2 C
Baku
Saturday, December 14, 2024

Özəl sektor: Kimlərin əməkhaqları artıb, kimlərin azalıb [siyahı]

2020-ci ilin yanvar-iyul aylarında dövlәt müәssisәlәrindә çalışan işçilәrin әmәkhaqları 628 manat, özәl müәssisәlәrdә isә 827,5 manat olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Azərbaycanda 2020-ci il avqustun 1-nə olan rəsmi göstəriciyə görə qeyri-dövlət sektorunda çalışanların əmək haqlarında ən çox artım ticarət;nəqliyyat vasitələrinin təmiri (35% illik artım) sahəsində və dövlət idarəetməsi və müdafiə; sosial təminaət sahəsində (28% illik artım) çalışanlar olub.

Əməkhaqqı azalması iki sahədə- turistlərin yerləşdirilməsi və ictimai iaşə (4% illik azalma) və peşə və elmi texniki fəaliyyət (6% illik azalma) müşahidə edilib.

Ən çox əmək haqqı alanların siyahısında isə mədənçıxarma, peşə, elmi və texniki fəaliyyət, maliyyə və sığorta fəaliyyəti, İnformasiya və rabitə sahələri yer tutur.

89 1

Son xəbərlər
Digər xəbərlər