5 C
Baku
Saturday, December 14, 2024

“Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılacaq

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.

Komitə sədri Əhliman Əmiraslanov iclasda 2020-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı barədə məlumat verib.

O qeyd edib ki, qarşıdakı sessiyada müxtəlif qurumlardan komitəyə daxil olacaq qanun layihələri, 2021-ci ilin dövlət büdcəsinin müzakirəsi ilə yanaşı komitədə “İnsan orqanlarının transplantasiyası haqqında” və “Reproduktiv sağlamlıq haqqında” qanun layihələri də Milli Məclisin müzakirəsinə çıxarılacaq.

Həmçinin komitədə COVID-19, icbari sığortanın tətbiqi, onkoloji xəstəliklər və digər mövzularda dinləmələr keçiriləcək, müxtəlif orqanlardan və vətəndaşlardan daxil olan təkliflərlə bağlı tədbirlər təşkil olunacaq.

Son xəbərlər
Digər xəbərlər