7 C
Baku
Sunday, December 15, 2024

Xaricdən Azərbaycana ən çox sifariş olunan mallar

2020-cu ilin yanvar-iyul ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə məlumat verilib.

Banker.az xəbər verir ki, 2020-ci ilin yanvar-iyul aylarında Azexport.az portalına 374,5  milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 7 ayında portal daxil olan ixrac sifarişləri dəyər baxımından 8% artıb. 2020-ci ilin iyul ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 55  milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 26,4% artıb.

Cari ilin iyul ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq mahlıcı və pambıq yağı, fındıq ləpəsi, pomidor, tütün, toyuq əti, alma, toyuq yumurtası, quru süd, qənnadı məhsulu, şərab, tikinti materialı, mühərrik yağı, kosmetik vasitə, sarımsaq, nar şirəsi, uşaq bezi, Naftalan yağı və s. mallara daxil olub.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2020-ci ilin 31 iyul tarixinə kimi (43 ay ərzində) Azexport.az portalına dünyanın 141 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 959,3 milyon ABŞ dolları təşkil edib.

Son xəbərlər
Digər xəbərlər