Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyasının ilk iclası keçirilib.
Komitə sədri Siyavuş Novruzovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyinə 2 məsələ daxil edilib.
Bunlar aşağıdakılardır:
1. Regional məsələlər komitəsində 2020-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat.
2. Regional məsələlər komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planının layihəsi barədə.
Müzakirələrdən sonra gündəlikdə məsələlər parlamentin plenar iclasına tövsiyə olunub.