20 C
Baku
Thursday, October 17, 2024

Tramp “Oracle” və “TikTok” arasındakı razılaşmanı təsdiq edib

Donald Tramp “Oracle” və “TikTok” arasındakı razılaşmanı təsdiq edib: Amerika şirkəti sosial şəbəkənin ABŞ-dakı istifadəçilərinin məlumatlarını idarə edəcək.

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

“Mən bu müqavilənin konsepsiyasını təsdiq etdim. Əgər onlar bunu etsələr, əla olar. Əgər etməsələr, onda heç nə olmaz”, – deyə prezident jurnalistlərə bildirib.

Qeyd edək ki, müqavilənin şərtlərinə görə, Amerikanın “Oracle” şirkəti “TikTok”da 12,5%-lik paya sahib olacaq. Bundan əlavə, şirkət sosial şəbəkənin ABŞ istifadəçilərinin məlumatlarından casusluq məqsədilə istifadə etməməsi üçün tətbiqin kod görüntülərinə, habelə yeniləmələrinə giriş əldə edəcək.

Verilən məlumata görə, “TikTok” həmçinin “Walmart” ilə kommersiya əməkdaşlığı üzərində çalışır. “Walmart” “TikTok”un 7,5%-ni almağa razılıq verib, bu barədə şirkətin baş direktoru Dag Makmillon söyləyib.

Müqavilənin şərtlərinə görə, “ByteDance” “TikTok”un səhmləri və alqoritmləri üzərində nəzarəti öz əlində saxlayacaq, “Oracle” və digər amerikan investorlar minoritar səhm paketini alacaqlar.

“Çox şadıq ki, Oracle və Walmart-dan gələn təklif, ABŞ administrasiyasının təhlükəsizliklə bağlı narahatlıqlarını, o cümlədən TikTok-un gələcəyi ilə bağlı məsələləri həll edəcəkdir”, – deyə sosial şəbəkənin açıqlamasında deyilir.

Bundan əlavə, “TikTok Global” ABŞ təhsilinə 5 milyard dollar bağışlamağa razılaşıb.

Bildirildiyi kimi, “TikTok Global”ın qərargahı Texasda olacaq, işçi heyəti isə 25 min nəfər təşkil edəcək. “Bloomberg”in verdiyi məlumata görə, 2019-cu ildə “Facebook”da 45 min nəfər, “Twitter”də isə cəmi 4900 nəfər çalışıb.

Hal-hazırda müqavilənin Çin hökuməti tərəfindən təsdiqlənməsi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər