2 C
Baku
Saturday, December 14, 2024

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “yeni dizayn” verir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi beynəlxalq standartlara uyğun rəsmi internet səhifəsinin “sosial.gov.az” yeni dizaynda yaradılması işləri üçün tender elanı verib.

Məlumata görə, rəsmi internet səhifəsinin müasir İKT-nın tələblərinə cavab verən, son dövrlərin texnologiyaları ilə ayaqlaşan, istifadəçilərin səhifədən istifadəsinin rahatlılığını və asanlığını, həmçinin əlilliyi olan şəxslərin veb saytdan rahat istifadəsini (“WCAG – Web Content Accessibility Guideline 2.1 standartına uyğun )təmin edəcək və Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun tərtibat və dizaynda yaradılması kimi xidmətlər görüləcək.

Son xəbərlər
Digər xəbərlər