20 C
Baku
Thursday, October 17, 2024

Avropa İttifaqı rəqəmsal şirkətlər üzərində nəzarəti gücləndirəcək

Avropa Komissiyası dünyanın ən böyük rəqəmsal şirkətləri üzərindəki nəzarəti gücləndirəcək.

Banker.az xəbər verir ki, bu barədə “Financial Times” məlumatlı mənbələrə istinadən xəbər verib. Qeyd edildiyi kimi, söhbət “Apple”, “Google”, “Amazon” və “Facebook” kimi şirkətlərdən gedir.

“Bizim bu platformalar üzərində daha yaxşı nəzarətə ehtiyacımız var”, – deyə daxili bazar üzrə Avropa komissarı Tyerri Breton bildirib. Onun sözlərinə görə, Avropa ölkələri bazarda böyük şirkətlərin hökmranlığına müqavimət göstərmək üçün özlərini yeni səlahiyyətlərlə təmin edəcəklər.

Bununla yanaşı, Breton Brüsselin rəqəmsal şirkətlərin vergi tələblərinə uyğunluğunu və qanunsuz kontenti silmə sürətini qiymətləndirə biləcəyi reytinq sistemi tətbiq etməyi düşündüyünü qeyd edib. “Bu platformalar istifadəçilərinə qarşı qayğı göstərmək üçün özlərini çox böyük hiss edirlər”, – deyə Breton söyləyib.

Xatırladaq ki, Avropa Komissiyası əvvəllər də Avropa bazarında haqsız rəqabətlə mübarizə aparmaq məqsədilə böyük texnologiya şirkətlərinə qarşı müəyyən tədbirlər görüb. Belə ki, 2019-cu ildə “Amazon”a qarşı antimonopoliya istintaqına başlanılıb. Avropa Komissiyasının verdiyi məlumata görə, “Amazon” satışlarını artırmaq üçün kiçik pərakəndə şirkətlərin məlumatlarından istifadə edib.

Avropanın rəqabət qanunlarını pozulmasında həmçinin “Google” da günahlandırılıb. Məsələn, ötən ilin mart ayında şirkət buna görə 1,49 milyard avro (1,7 milyard dollar) cərimə ödəyib.

Cari ilin iyun ayında Avropa Komissiyası “Apple”a münasibətdə istintaqa başlayıb. Tənzimləyici şirkəti “Apple Pay” ödəmə sisteminin inteqrasiyası ilə bağlı hərəkətlərin antimonopoliya qanunlarını pozmasında təqsirləndirib.

Son xəbərlər
Digər xəbərlər