16 C
Baku
Sunday, November 23, 2025

Kaliforniya məhkəməsi Trampın “WeChat” ilə bağlı əmrini dayandırıb

Kaliforniya məhkəməsi Tramp administrasiyasının “WeChat” ilə bağlı əmrini dayandırıb.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, daha əvvəl prezident Çin messencerini 20 sentyabrdan etibarən Google Pay və App Store-dan silinmək əmrini vermişdir.

Google Play, App Store və ABŞ-da mövcud olan digər mağazalar messenceri silməli olacaqlar. Bundan əlavə, “WeChat”ın ABŞ-dakı əməliyyatları qadağan ediləcək.

Qeyd edildiyi kimi, nə ABŞ-ın Ticarət Nazirliyi, nə də Ağ Ev CNBC-nin müraciətinə cavab verməyib.

ABŞ-ın Ticarət Nazirliyi sentyabrın 20-də “WeChat”ı, noyabrın 12-də isə “TikTok”u qadağan etməyi əmr edib. Beləliklə, Amerika şirkətlərinin bu tətbiqlərin hostinq xidmətlərindən, o cümlədən proqram təminatındakı funksiyalardan və kodlardan istifadəsi qadağan ediləcək.

Son xəbərlər
Digər xəbərlər