Azərbaycanda yeni audit şirkətləri təsis edilib.
Banker.az xəbər verir ki, yeni yaradılan şirkətlərin adı “TNG Audit and Consulting” Məhdud Məsuliyyətli Cəmiyyət və “Proqres Audit” Məhdud Məsuliyyətli Cəmiyyətdir.
“TNG Audit and Consulting” şirkətinin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Abdullayev Nicat Mirtahir oğludur.
“Proqres Audit” şirkətinin isə nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Məmmədov Kamal Əlisahib oğludur. Audit şirkətinin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ŞTQ, Nazim İsmayılov ev.119 m.49 ünvanında fəaliyyət göstərəcək.