Azərbaycana cari ilin 7 ayında 598,1 milyon ədəd siqaret gətirilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
İdxal olunan siqaretlərin dəyəri isə 12 milyon 73 min dollar məbləğində olub ki, bu da illik müqayisədə 4 dəfəyə yaxın azalması deməkdir. Ötən ilin müvafiq dövründə ölkəyə idxal olunan siqaretlərin dəyəri 47 milyon 178 min dollar təşkil edib.
Bu ilin 7 ayında Azərbaycana 598,1 milyon ədəd siqaret idxal edilib. 2019-cu ilin 7 ayında isə idxal edilən siqaret 2900,8 milyon ədəd olub. Belə ki, illik müqayisədə idxal edilən siqaretin miqdarı 5 dəfəyə yaxın azalıb.