8 C
Baku
Thursday, December 12, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

EUR. 

Beynəlxalq valyuta birjalarında FED-in yumşaq monetar siyasətini daha da genişləndirəcəyi ehtimalları, EURUSD məzənnəsində bahalaşma proqnozlarını da gücləndirib. Bu istiqamətdə investorlar məzənnənin 1.1650$-ın qırılmasını gözləyirlər. 

Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da açıqlanacaq Amerikanın əmək bazarına dair önəmli fundamental göstəricilr də diqqət mərkəzində olacaqdır. 

GBP. 

İngiltərə hökümətinin məşğulluğun qorunması istiqamətində yeni qəbul etdiyi proqramı, GBPUSD məzənnəsində də bahalaşma ehtimallarını artırıb. Təhlillərə əsasən, 1.28$-ın qırılması ilə funt sterlinq 1.30$-a kimi bahalaşa bilər. 

TRY. 

Dollar lirəyə nisbətən də ucuzlaşır. USDTRY məzənnəsi bazar ertəsi 7.78TL-dən müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb və 7.61TL-ni də qıraraq, altında qalarsa, ucuzlaşma 7.55TL-yə kimi davam edə bilər. 

OIL. 

Enerji birjalarında neft qiymətləri növbəti dəfə 42$-da müqavimətlə rastlaşaraq, ucuzlaşmağa başlayıb. Təhlillərə əsasən, 41$-ın qırılması ilə ucuzlaşma 439$-a kimi davam edə bilər. 

Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir. 

GOLD. 

Əlvan metallar bazarlarında da qızılın qiyməti 1849$-da (59.5 $/qram) dəstək görməkdədir. Hazırda üfüqi korreksiya edən qiymətin, 1877$-ın (60.4 $/qram) qırılması ilə 1917$-a (61.6 $/qram) kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. 

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

 

Son xəbərlər
Digər xəbərlər