“Ermənistan Silahlı Qüvvələrinin mülki əhaliyə qarşı atəşi nəticəsində Naftalan rayonunda vətəndaş Qurbanov Elbrusun evinə mərmi düşüb və ailənin 5 üzvü həlak olub. Elbrus Qurbanovun evinə 100 min manat ziyan dəyib”.
Bunu Baş Prokurorluğun Mətbuat katibi Günay Səlimzadə keçirilə brifinq zamanı deyib.
G. Səlimzadə qeyd edib ki, hazırda Ermənistan Silahlı Qüvvələrinin mülki əhaliyə atəş açması nəticəsində baş verən cinayət faktları ilə bağlı 5 cinayət işi başlanılıb: “İstintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə göndərilib”.