Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini artilleriya atəşinə tutmaqda davam edir.
Bu barədə rayon sakinləri məlumat verib.
Sentyabrın 30-da təxminən saat 11 radələrində düşmənin atdığı top mərmilərindən bir Tərtər rayonun Düyərli kəndi ərazisində yerləşən geyim mağazasına düşüb.
Rayon sakini Emin Əhmədova məxsus geyim mağazasına ziyan dəyib.