10 C
Baku
Tuesday, November 26, 2024

Malayziya XİN Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi

Malayziya Xarici İşlər Nazirliyi (XİN) 27 sentyabr tarixindən başlayaraq Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təxribatla bağlı bəyanat yayıb.

Bu barədə  Azərbaycanın Malayziyadakı səfirliyindən məlumat verilib.

Bəyanatda Azərbaycanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe nümayiş etdirilib.

Bildirilib ki, Malayziya 27 sentyabr tarixində yenidən başlayan gərgin hərbi qarşıdurma nəticəsində Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda pisləşən təhlükəsizlik vəziyyətindən dərindən narahatlıq keçirir.

Qeyd olunub ki, Malayziya münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri daxil olmaqla beynəlxalq hüquq əsasında sülh yolu ilə həllinin tapılmasına yönəlmiş bütün səyləri dəstəkləyir.

MənbəUnikal.org
Son xəbərlər
Digər xəbərlər