Bu gün – 3 oktyabr 2020-ci il tarixində erməni işğalı altındakı Dağlıq Qarabağda uğurlu antiterror əməliyyatları həyata keçirən Azərbaycan Ordusu Tərtər rayonu ərazisinə daxil olan Madagiz (Suqovuşan) kəndini düşməndən azad edib.
Bu barədə xəbəri ölkə ictimaiyyətinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev bəyan edib.
Erməni internet resurrslarında Madagiz (Suqovşan) kəndindən çəkilmiş videogörüntünü təqdim edirik.