“Azera Holdinq”ə məxsus Azərbaycanda internet provayderi olan “Konnekt” QSC və ya “Connect”in direktoru dəyişib.
Banker.az xəbər verir ki, şirkətin direktoru Hafiz Qasımov Məmmədəli oğlu vəzifəsini tərk edib. Onu bu vəzifədə Fərid Mehdi Zakir oğlu əvəz edib. O bu vəzifənin icarsına cari ilin ikinci yarısından etibarən start verib.
F.Mehdi yeni təyinatadək eyni holdinqə aid olan digər “AZnet” şirkətinin baş icraçı direktoru kimi fəaliyyət göstərir və bu vəzifəsində qalmaqdadır. O, bundan əvvəl “Novelty Service” QSC, “Tech Mach” MMC, “Binə Aqro” QSC, “PMD Group”, “Holcim Azərbaycan” və “Unibank”da müxtəlif rəhbər və maliyyə idarəçiliyi vəzifələrində çalışıb. Eyni zamanda, Azərbaycan Dövlət Neft və Sənaye Universitetində MBA proqramı üzrə iqtisadiyyat fənnini tədris edir.
Xatırladaq ki, “Connect” və ya “Konnekt” QSC 2005-ci ildə yaradılıb və 2 000 manat nizamnamə kapitalına malikdir. Şirkət “Sara Invest” (indiki Azera Holdinq) şirkətlər qrupuna daxildir.
Bununla da, son illərdə “Connect” QSC-yə rəhbərlik etmiş direktorların siyahısı aşağıdakı kimi formalaşıb:
| Direktor | Dövr |
|---|---|
| Rəşad Namazov | 2019-07-05 – 2022-03-04 |
| Elçin Turabov | 2022-11-05 – 2023-02-08 |
| Mərdan Məmmədov | 2023-02-08 – 2023-07-04 |
| Elmira Abasova | 2023-07-04 – 2024-05-29 |
| Ələddin Namazov | 2024-05-29 – 2025-06-23 |
| Hafiz Qasımov | 2025-06-23 – 2026-06-29 |
| Fərid Mehdi | 2026-cı ildən – hazıra |






