18 C
Baku
Friday, October 18, 2024

Bezos, Zuckerberg və Musk-ın sərvəti bir həftə içində 5 mlrd. dollar artıb

ABŞ prezidenti Donald Trampın koronavirusa yoluxması xəbəri və texnologiya şirkətlərinin səhmlərinin ucuzlaşması, dünyanın ən zəngin adamlarının sərvətinin artmasına səbəb olub. Bildirildiyi kimi, Bezos, Zuckerberg və Musk-ın sərvəti bir həftə içində 5 milyard dollar artıb.

Banker.az xəbər verir ki, bu barədə “Forbes USA” məlumat verib.

Nəşr vurğulayır ki, ötən həftə texnologiya şirkətləri üçün yaxşı başlamışdır. Belə ki, sentyabrın 25-dən oktyabrın 1-dək “Tesla” səhmləri 10%, “Facebook” səhmləri 5%Ş “Amazon” səhmləri isə 4% bahalaşıb.

Buna baxmayaraq, Trampın koronavirusa yoluxması xəbəri bazarda “xaotik” vəziyyətin yaranmasına gətirib çıxarıb, nəticədə Musk 6,2 milyard dollar, Bezos və onun keçmiş həyat yoldaşı Mackenzie Skott 5,2 və 1,8 milyard dollar, Zuckerberg isə 2,4 milyard dollar itirib.

Mütəxəssislərin qeyd etdiyi kimi, cümə günü müşahidə edilmiş eniş, milyarderlərin sərvətinin həftə ərzində artmasına mane ola bilməyib. Hesablamalara görə, həftənin sonunda Bezos 1,7 milyard dollar, Zuckerberg 1,9 milyard dollar, Musk isə 1,4 milyard dollar zənginləşib.

Ən böyük artım Çinin “Evergrande Group” şirkətinin rəhbəri Huey Ka -da olub (7,8 milyard dollar). İkinci yerdə Avropanın ən zəngin adamı Bernard Arnault dayanır (3,2 milyard dollar). “Zara”nın qurucusu Amansio Orteqa-nın sərvəti 2,1 milyard dollar artıb.

Son xəbərlər
Digər xəbərlər