ABŞ-ın Demokratlar Partiyasının nümayəndəsi Co Bayden lazım gələrsə, Donald Trampla debatları təxirə salmağa hazır olduğunu bildirib. Qeyd edək ki, ötən həftə ABŞ prezidentində koronavirus aşkarlanmışdı.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Ümid edirik ki, debatlar həmin gün (15 oktyabr) planlaşdırıldığı kimi baş tutacaq, lakin lazım gələrsə, dəyişikliklərə uyğunlaşacağıq”, – deyə mesajda deyilir.
“Biz hamımız kimi onun tezliklə sağalmasını diləyirik”, – Baydenin ştab rəhbəri söyləyib.
Bununla yanaşı, Bayden bütün təhlükəsizlik tədbirlərini gördüyünü və hər kəsə “nümunə” olduğunu qeyd edib.