10 C
Baku
Wednesday, December 11, 2024

Nə üçün ermənilər ağıllı millət deyil? (bloq)

Ermənilər ağıllı millətdir deyirdilər. Dəfələrlə deyirdim ki, ağıllı yox, hiyləgər millətdirlər. (Dəyərli şairimiz Ramiz Rövşən də eyni fikri bu günlərdə qeyd etdi. Əslində çox düzgün və gözəl təsbitdir).

Ağıl və hiylə eyni şey deyil. Bəs ikisinin arasında fərq nədir?

– Ağıl həmişə keçərlidir, hiylə bir dəfə;

– Ağıl beynin istehsal etdiyi məhsuldur, təmizdir, safdır; hiylədə isə hiss, məkr, nifrət, bir çox hallarda mənfi niyyətlərdən ibarət bir qarışıq olur;

– Hiylə bir dəfə bəlli oldusa ifşa olur; ağıl isə dinamikdir;

Ermənilər hiyləgərdir. Məqsədlərinə çatmaq üçün ən mənfur, iyrənc, yalan dolu fikirlərə bəzən özlərini də inandırıb həmin fikirlərin əsirinə çevrilirlər. Ermənilər və onun “lideri” Paşinyan ağıllı olsaydılar dərk edərdilər ki:

– Mövcud vəziyyət yetişdiyi dönəmlərdə də bu qədər qıcıqlandırıcı hərəkətlərə yol vermək olmazdı;

– mövcud vəziyyəti dərk edib öz xalqını qırğına verməyə davam etməzdilər. Britaniya, Almaniya ermənilərin işğal etdikləri əraziləri boşaltmağa çağırır; ABŞ işğalıçını müdafiə etməyi düşünmür; erməniləri dəstəkləyən dövlətlərin sayı sürətlə azalıb və azalmaqdadır;

– Rusiya öz bitərəfliyini qoruyur (Minsk qrupunun həmsədri kimi); həm də Ermənistana işğal siyasətində kömək etmək indiki şəraitdə uyğun və məntiqli hərəkət olmazdı;

– Azərbaycanda gedən proseslərdən doğru-dürüst xəbərləri olardı və həmin prosesləri düzgün təhlil edə bilsəydilər məntiqi nəticə əldə edərdilər;

– daxili siyasətdəki populizm xarici siyasətdə keçmir;

– dünyanın güc sahiblərini heçə sayaraq həyasızlıqla yeni işğallar edib öz torpaqlarını genişləndirəcəyini bəyan edən avantürist liderlərin çox uzaq tarixdə deyil, son 30 ildəki tarixinə baxıb nəticə çıxarardılar;

– ağıllı siyasətçi bir çox ölkələrin separatizmdən əziyyət çəkdiyi və ölkələrin ərazi toxunulmazlığının, bütövlüyünün dəyişməz bir dəyər olduğu, hər bir ölkə üçün bunun həssas olduğu bir dönəmdə 2000 il öncə “böyük Ermənistan” olduğunu bəyan edib o torpaqları bərpa edəcəyini həyasızlıqla vurğulamazdı; qısası başından böyük işin altına girib bu şəkildə altında qalmazdı; dünya ölkələrinin ərazi bütövlüklərini dolayısı ilə təhdid etməzdi;

– ağıllı siyasətçi dünyada faşizmin ən əsas çağırışlardan birinə çevrildiyini dərk edərdi və demokratiya nağılı danışa-danışa ölkəsində faşist Njdeyə heykəl qoyub ölkəsinin faşist niyyətini ortaya qoymazdı;

– ağıllı siyasətçi özünü “sülh göyərçini” adlandırdığı bir vaxtda arvadı terror təşkilatlarının simvoluna çevrilən pozanı (avtomatla hədəfi nişan almaq) verməzdi, o pozanı özgə torpaqlarında heç verməzdi;

– ağıllı siyasətçi danışıqları məhv edəcək fikri sammitdə, Putinin (bununla Rusiya Prezidentini də həmin sammitdə xoş olmayan vəziyyətə saldı, yekıxanalıq və saymamazlıq etdi. İndi də telefonlarına cavab umur) yanında səsləndirib, danışıqları pozmaq məsuliyyətinin altına bu qədər açıq-aşkar girməzdi;

– çox uzun saymayacam. Nəhayət, indilik sonuncusu: ağıllı siyasətçi ordusuna mülki vətəndaşları hədəf göstərib özünü də, onu müdafiə edən barmaqla sayılacaq 3-5 ölkəni də pis vəziyyətə salmazdı; dərk edərdi ki, mülki vətəndaşlar arasında panika, xof, qorxu yaratmaq terror təşkilatlarının işidir (elə “terror” sözünün özü “qorxu” deməkdir). Əgər sənin ordun mülki vətəndaşları hədəf alırsa, ya ordun terrorist ordudur, ya da o ordunun tərkibində terroristlər döyüşür. Hər 2 halda dünya bunu qəbul etməz. Bu səbəbdən Azərbaycanı (haqqı, ədaləti) dəstəkləyən ölkələrin sayı məhz həmin hücumlardan sonra getdikcə artır;

Qısası, ağıllı siyasətçi etdiklərini dərk edər. Altından çıxa bilməyəcəyi yüklərin altına girməz. Xarici siyasətdə publikaya oynamağın sonunu dərk edərdi…

Ermənilər də deyildiyi qədər ağıllı millət olsaydılar ən azı bu saydıqlarımı dərk edib Paşinyandan vaxtında hesabat istəyərdilər.

Elman Sadıqov

Son xəbərlər
Digər xəbərlər