6 C
Baku
Sunday, December 15, 2024

AFB Bank Ani Ödənişlər Sisteminə ilk qoşulanlardan oldu

Ölkənin aparıcı banklarından olan “AFB Bank” ASC Ani Ödənişlər Sisteminə qoşulan ilk banklardan biri oldu.

“AFB Bank” ASC 1 Oktyabr 2020-ci il tarixindən etibarən Ani Ödənişlər Sisteminə (AÖS) qoşulub. Bu sistem vasitəsilə bankın müştəriləri ölkə daxilində çox qısa müddət ərzində köçürmə edə bilər. Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslərə ödəniş əməliyyatlarının 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-mail) aparılmasına və pulun dərhal vəsait alanın bank hesabına köçürülməsinə imkan yaradır. Əməliyyatlar milli valyutada həyata keçirilir və bir əməliyyat üzrə maksimal məbləğ 40 000 AZN-dir. Büdcə ödənişləri üçün əməliyyat üzrə məbləğ limiti yoxdur.

Hazırda 11 filial və 5 şöbəsi ilə fəaliyyət göstərən ölkənin aparıcı maliyyə qurumlarından olan “AFB Bank” ASC öz fəaliyyətinə 2009-cu ilin fevral ayında başlamışdır. Daim yenilənən xidmətlər barədə daha ətraflı məlumatı www.afb.az saytından, 1545 zəng mərkəzindən və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər