Qırğızıstan prezidenti Sooronbay Jeenbekov ölkənin baş naziri Kubatbek Boronovun istefası ilə bağlı fərman imzalayıb.
“Qırğızıstan Respublikasının prezidenti Sooronbay Jeenbekov ölkənin baş naziri Kubatbek Boronovun istefası ilə bağlı fərman imzalayıb”, – mətbuat xidmətinin nümayəndəsi bildirib.
Qeyd edildiyi kimi, bununla Qırğızıstanın hökuməti də istefa vermiş sayılır.
“Fərmana uyğun olaraq baş nazir, baş nazirin birinci müavini və indiki hökumətin digər üzvləri yeni hökumət qurulana qədər vəzifələrini icra etməyə davam edəcəklər”.
Mətbuat xidmətinin nümayəndəsinin sözlərinə görə, fərman imzalandığı andan qüvvəyə minir.
Banker.az bu barədə “Ria.ru”ya istinadən xəbər verir.