Yəmənin silahlı qüvvələri Səudiyyə Ərəbistanının həyata keçirdiyi hücuma cavab olaraq Cizan bölgəsində yerləşən strateji obyektlərə zərbələr endirdiyini açıqlayıb.
Bu barədə Yəmən mətbuatı məlumat yayıb.
Bildirilib ki, zərbələr nəticəsində bir sıra obyektlərdə yanğın baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə ARAMCO-nun neft emalı zavodu olduğu iddia edilən ərazi üzərində sıx tüstü buludlarının yüksəldiyi əks olunub.
Məlumat hələlik Səudiyyə Ərəbistanının rəsmi qurumları tərəfindən təsdiqlənməyib. Hadisə ilə bağlı itkilər və dağıntıların miqyası barədə dəqiq məlumat açıqlanmayıb.






