Türkiyədə yetişdirilən morkaraman və akkaraman adlı qoyun növlərinin Azərbaycana idxalına başlanılıb.
Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Məlumata görə, dövlət dəstəyi ilə reallaşdırılan layihə çərçivəsində artıq, 25-i qoç və 578-i qoyun olmaqla 603 xırdabuynuzlu heyvanın Azərbaycana ixracına start verilib. Ümumilikdə ilkin mərhələdə 6 min heyvanın ixrac edilməsi, daha sonra bu rəqəmin 20 minə çatdırılması nəzərdə tutulur.