10 C
Baku
Friday, December 13, 2024

Türkiyə Azərbaycana hərbi qüvvələrin göndərilməsi məsələsinə baxa bilər

Türkiyə Dağlıq Qarabağdakı münaqişədə Azərbaycana dəstək olmaq üçün öz hərbi qüvvələrini göndərmək məsələsini nəzərdən keçirə bilər.

Banker.az xəbər verir ki, bu barədə Türkiyə parlamentinin spikeri Mustafa Şentop məlumat verib.

Onun sözlərinə görə, Azərbaycan hərbçiləri “işğal olunmuş ərazilərin azad edilməsində” əzmkarlıq göstərməklə müstəqil şəkildə “qələbə qazanmağı” bacardıqlarını sübut ediblər.

“Bu səbəbdən belə bir təklifi irəli sürməyə ehtiyacın olacağını düşünmürəm”, – deyə Mustafa Şentop söyləyib.

Spikerin fikrincə, Türkiyə parlamenti müraciət daxil olduğu təqdirdə, hərbi qüvvələrin göndərilməsi məsələsinə baxmağa hazır olacaq.

Son xəbərlər
Digər xəbərlər