7 C
Baku
Thursday, December 12, 2024

“Silk Vey Vest Aviaşirkəti”nin nizamnamə kapitalı yenidən artırılıb

“Silk Vey Holdinq” MMC-yə daxil olan “Silk Vey Vest Aviaşirkəti” MMC-nin nizamnamə kapitalı 43 960 736 manat və yaxud 55,4% artırılıb.

Şirkətin kapitalı 79 318 525 manatdan 123 279 261 manata çatdırılıb.

Xatırladaq ki, “Silk Vey Vest Aviaşirkəti” 2012-ci ildə yaradılıb. Şirkət Bakının Heydər Əliyev Beynəlxalq Aeroportunda fəaliyyət göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər