10 C
Baku
Thursday, December 12, 2024

Avropa Birliyi inhisarçı texnologiya nəhənglərinin siyahısını tərtib edəcək

Avropa Birliyi daha sərt tənzimləmə qaydalarına tabe olacaq 20 ən böyük texnologiya şirkətinin siyahısını tərtib edəcək.

Banker.az bu barədə “VC.ru”ya istinadən xəbər verir.

Verilən məlumata görə, səlahiyyətlilər bu şəkildə sənayedəki inhisarçılığı məhdudlaşdırmaq istəyirlər.

Bundan əlavə, Avropa Birliyi texnologiya nəhənglərinə məlumatların toplanmasını “daha şəffaf” etməyi tapşıracaq. Siyahıya “Apple”, “Facebook” və bir sıra tələblərə cavab verən (məsələn, bazar payı, istifadəçi sayı və s.) Silikon Vadisinin digər şirkətləri daxil ediləcək.

Yeni qaydalar – Avropa Birliyinin İT şirkətlərinin inhisarını böyük araşdırmalar aparmadan və qanun pozuntularını aşkarlamadan məhdudlaşdırmaq səylərinin bir hissəsidir.

Bildirildiyi kimi, yeni siyahıya daxil ediləcək şirkətlərin sayı, o cümlədən dəqiq kriteriyalar hələ müzakirə olunur. “Bu platformaların əlbir olması nəticəsində yaranan inhisarlıq rəqabət üçün əlverişsizdir”, – ekspertlərdən biri qeyd edib.

“İnternet özünü uçuruma aparır. Onlar (böyük platformalar) aqressivdirlər, az vergi ödəyirlər və rəqabəti məhv edirlər. Bu, istədiyimiz İnternet deyil”, – nəşriyyatın sözçüsü vurğulayıb.

Xatırladaq ki, 2020-ci ilin dekabrında “Bloomberg” Avropa Komissiyasının texnologiya şirkətlərinə öz xidmətlərini üstünlük tutmağı qadağan etmək istəyi haqqında yazmışdır.

Son xəbərlər
Digər xəbərlər