6 C
Baku
Sunday, December 15, 2024

28 sığorta şirkətindən 2-si texniki iflas həddindədir

Texniki iflas tendensiyası Azərbaycan sığorta bazarını tərk etməyib və hazırda 2 şirkət bunun cəngində olduğu halda, 1-i artıq bağlanıb.

Qalan cəhətlərdə isə tendensiya dəyişməz qalır. Sığorta bazarı əvvəlki kimi əsas olaraq 10 sığortaçıdan ibarətdir. 2014-cü ilin yanvar-sentyabr aylarında lider 10-luq ümumi sığorta məbləğini 2013-cü ildə olan 73,708%-ə əks olaraq 78,27% təmin etmişdir.

Pasha Insurance sığorta şirkəti 2012-2013-cü ilin sözsüz lideridir. Şirkət 2014-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən sığorta bazarının 11,21%-ni formalaşdırmışdır. Qeyd edək ki, bu göstərici 2013-cü ildə 13,24%, 2012-ci ildə isə 8,59% idi.

Sentyabr ayında şirkətlərin həyat sığortası ilə bağlı mövqeləri güclənmişdir və onlar sırasında lider PASHA Heyat şirkətidir. Onun ardınca isə Ateshgah Life Insurance və Qala Heyat şirkətləri gəlir.

Yanvar-sentyabr aylarında bir şirkətin sığorta haqqı məbləği 11,219 milyon manatdan  çox idi. Bu göstərici 2013-cü ildə 14,488 milyon, 2012-ci ildə 12,232 milyon manat idi.

Azərbaycan Sığortaçılar Assosiasiyası-nın verdiyi məlumata əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarının yekunlarına əsasən, ölkədə fəaliyyət göstərən 28 sığorta şirkətinin ümumi sığorta haqqı 314,134 milyon manat təşkil etmişdir.

Yanvar-sentyabr aylarında ödəniş həcminə görə liderlər Ateshgah Heyat (20,686 milyon manat), Pasha Insurance (19,941 milyon manat), Ateshgah Sigorta (10,229 milyon manat), Azersigorta (9,899 milyon manat),AXA MBASK (7,478 milyon manat), Azerbaycan Senaye Sigorta (7,441 milyon manat), AzSigorta (7,246 milyon manat), Standard Insurance (5,188 milyon manat), A-Qroup (5,160 milyon manat) və Beynəlxalq sığorta şirkəti (3,865 milyon manat) olmuşdur.

Yanvar-sentyabr aylarında bazar liderləri Pasha Insurance (37,533 milyon manat), PASHA Heyat (31,656 milyon manat), Azеrsigorta (30,927 milyon manat), Ateshgah Heyat (30,201 milyon manat), AzSigorta (27,399 milyon manat), Ateshgah Sigorta (26,808 milyon manat), Ipek Yolu Sigorta (18,263 milyon manat), Qala Heyat (14,993 milyon manat), AXA MBASK (14,351 milyon manat) və Standard Insurance (13,757 milyon manat) şirkətləri olmuşdur.

Keçən il ilk dəfə olaraq Azərbaycan sığorta şirkəti 53 milyon manatdan çox məbləğ toplaya bilmişdir. Bu isə Pasha Insurance şirkəti idi.

Keçən il bazar liderləri Pasha Insurance (53,730 milyon manat), AzSigorta (42,101 milyon manat), Azersigorta (40,951 milyon manat), Ateshgah Sigorta (37,488 milyon manat), PASHA Heyat (34,966 milyon manat), Ateshgah Heyat (23,742 milyon manat), Standard Insurance (18,150 milyon manat), AXA MBASK (17,305 milyon manat), Ipek Yolu Sigorta (17,127 milyon manat) və Beynəlxalq sığorta şirkəti (13,446 milyon manat) olmuşdur.

2013-cü ildə ödəniş həcminə görə lider şirkətlər Pasha Insurance (27,428 milyon manat), Ateshgah Sigorta (15,242 milyon manat), Azersigorta (13,249 milyon manat), AzSigorta (9,421 milyon manat), AXA MBASK (8,231 milyon manat), Standard Insurance (8,197 milyon manat), A-Qroup (6,815 milyon manat), Beynəlxalq sığorta şirkəti (5,580 milyon manat), Baku Sigorta (3,699 milyon manat) və Xalq Sigorta (3,398 milyon manat) olmuşdur.

2012-ci ildə bazar liderləri Pasha Insurance (46,687 milyon manat), AzSigorta (39,797 milyon manat), Ateshgah Sigorta (37,812 milyon manat), Azersigorta (34,562 milyon manat), Standard Insurance (21,314 milyon manat), AXA MBASK (17,697 milyon manat), Ateshgah Heyat (15,757 milyon manat), Beynəlxalq sığorta şirkəti (14,780 milyon manat), PASHA Heyat (14,696 milyon manat) və A-Group (13,944 milyon manat) olmuşdur.

Ödəniş həcminə görə lider isə Pasha Insurance (22,871 milyon manat), Azersigorta (11,771 milyon manat), Ateshgah Sigorta (9,429 milyon manat), Beynəlxalq sığorta şirkəti (6,432 milyon manat), A-Qroup (6,060 milyon manat), AXA MBASK (5,867 milyon manat), Standard Insurance (5,337 milyon manat), Ateshgah Heyat (3,719 milyon manat), AtaSigorta (2,608 milyon manat) və Baki Sigorta (2,497 milyon manat).

93,860 milyon manat ödəniş qarşılığında 28 şirkətin keçən il ərzindəki sığorta haqları 342,519 milyon manat təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər