Qarabağda sülhməramlıların yerləşdirilməsi yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Bu məsələdə əsas problem tərəflərin, yəni Azərbaycan və Ermənistanın buna hazır olub-olmamasıdır. Hər hansı bir sülhməramlı qüvvələrin, müşahidəçilərin yerləşdirilməsi yalnız hər iki tərəfin razılığı ilə mümkündür”, – Peskov söyləyib.
Banker.az bu barədə “Ria Novosti”yə istinadən xəbər verir.