10 C
Baku
Thursday, December 12, 2024

Metro sentyabrda açılsa belə istənilən sayda sərnişin qəbul edə bilməyib

Azərbaycanda koronavirus (COVID-19) epidemiyasının qarşısının alınması üzrə görülən tədbirlərdən biri də Bakı metrosunn qapadılması ilə nəticələndi.

Bu isə öz nöbəsində bu xidmət sahəsinin sərnişin sayını son illərin gözlənilməz bir rəqəminə azaldıb.

Cari ilin ilk doqquz ayı ərzində metro üzrə 69 milyon 609 min sərnişin istifadə edib. Bu isə son bir il ərzində 59 faiz azalmasına səbəb olub. Belə ki, öncəki ildə metro üzrə daşınmaların sayı (9 ay ərzində) 169 milyon 740.7 min sərnişin idi.

Bundan əlavə ilin mart və avqust aylarında metrodan istifadə tamamı ilə məhdudlaşdırılıb. Nəticəsə bu iki ay ərzində bir sərnişin belə daşınmayıb. Digər aylarda, mart, may, iyun və iyul aylarında isə qismən açılmışdır.

Ölkəmizdə bir ay üzrə normal sərnişin daşıma 18-20 mln. nəfər sərnişin təşkil edir. Göründüyü kimi, hətta sentyabrda dərslərin açılışı ilə əlaqəli olaraq metronun açılışına icazə verilsə də cəmi 4 milyon 957.9 min nəfər cəmi sərnişin daşınmışdır.

23456e34567a

Son xəbərlər
Digər xəbərlər