28 C
Baku
Tuesday, April 30, 2024

Bu il Azərbaycan 9.2 milyon dollarlıq avtobus alıb

2020-ci ilin yanvar-avqust aylarında ölkəyə 1 960 ədəd yük avtomobili, 108 ədəd avtobus idxal olunmuşdur.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yanvar-avqust ayında Azərbaycana ümumilikdə 9 mln. 168 min dollar məbləğində avtobus idxal edilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3 dəfə azdır.

Statistik məlumatlara əsasən, hesabat dövründə respublikaya ümumilikdə 108 ədəd avtobus (azalma 2.3 dəfə) idxal olunub.

Bundan başqa, cari ilin yanvar-avqust ayında Azərbaycana 28 mln. 540 min dollar dəyərində (azalma 21%) 1 960 ədəd yük avtomobili (azalma 13.4%) idxal edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər