9 C
Baku
Friday, December 13, 2024

ABŞ Gürcüstanın internet saytlarını çökdürən bir neçə rus zabitinə qarşı cinayət işi açdı

ABŞ Ədliyyə Nazirliyi, Gürcüstan və bir sıra digər ölkələrə kiber hücum etməkdə Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) 6 zabitinə qarşı cinayət işi açıb.

Banker.az xəbər verir ki, bu barədə məlumat ABŞ Ədliyyə Nazirliyinin rəsmi veb səhvəsində dərc olunub.

Məlumata əsasən, Rusiya zabitləri 2019-cu ildə Gürcüstan Parlamentinin şəbəkəsini pozmağa çalışmaqda və Gürcüstan KİV-lərinin veb səhvələrinə hücum etməkdə, Ukraynaya elektrik enerjisini kəsməkdə, 2017-ci il Fransa seçkilərinə mane olmaq və 2018-ci il Olimpiya Oyunlarını təxirə salmaqda günahlandırılır.

Rusiya Baş Kəşfiyyat İdarəsi kiber hücum zamanı ən dağıdıcı proqramlardan istifadə edib, məsələn: KillDisk, NotPetya və Industroyer.

ABŞ Ədliyyə Nazirliyi ittiham olunan hakerlərin şəxsiyyətlərini və siyahısını təqdim edir. Baş Kəşfiyyat İdarəsinin cinayət işi açılan 6 zabitindən 2-si Gürcüstana olunan hücümlarda iştirak edib, onlar Anatoli KovalevArtyom Oçiçenkodur.

Son xəbərlər
Digər xəbərlər