7 C
Baku
Sunday, December 15, 2024

İşğaldan azad edilən rayonlarda dörd yarımstansiyanın tikilməsi nəzərdə tutulur

İşğaldan azad edilən rayonlarda dörd yarımstansiyanın tikilməsi nəzərdə tutulur.

Banker.az xəbər verir ki, bu barədə “Azərenerji” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

“Azərenerji” ASC işğaldan azad edilən və ediləcək rayonlarımızda yeni 110 kV-luq sistem əhəmiyyətli yarımstansiyaların tikilməsi və quraşdırılması, ikidövrəli yüksəkgərginlikli 110 kV-luq elektrik xətlərinin çəkilməsi ilə bağlı layihələndirmə işini tamamlamaqdadır. İlkin olaraq Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının hər birində 110 kV-luq sistem əhəmiyyətli 4 yarımstansiyanın tikilməsi və onların arasında 110 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulub.

Ümumilikdə qeyd edilən 4 rayondan başqa, işğaldan azad ediləcək bütün ərazilərimizdəki rayonların elektrik enerji təchizatının qurulması və mövcudların yenilənməsi üçün layihələndirilmə işləri ən sürətli şəkildə aparılır.

Bildirilib ki, məqsəd işğaldan azad edilən rayon və kəndləri ən qısa vaxtda elektrik enerjisi ilə təmin etməkdir. Beləliklə, işğaldan azad edilən rayonlarımızda tezliklə öz işığımız yanacaq deyə “Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirilib.

Son xəbərlər
Digər xəbərlər