3 C
Baku
Saturday, December 14, 2024

“iPhone 12”nin əsas çatışmazlığı məlum olub

“iPhone 12” smartfonlarındakı ilk araşdırma müəllifləri batareyasının ömrünün az olduğunu deyiblər.

Bu barədə “The Verge” məlumat yayıb.

Bildirilir ki, “iPhone 12 Pro”nun batareyasının ömrü “4G” və “5G” şəbəkələri ilə istifadə zamanı çox fərqlənəcək. Bu barədə danışan nəşrin redaktoru Nilay Patel bildirib ki, smartfonunun enerji saxlama qabiliyyətini yoxlamaq üçün xüsusi olaraq beşinci nəslin sabit şəbəkəsinin olduğu Nyu-Yorka getməli olub. Nəticələr onu məyus edib:

“Təxminən 2,5 saat sonra smartfonun cəmi 18 faiz enerjisi qalıb”.

Patel batareya fərqinin standart “5G” və “mmWave” şəbəkələri istifadə edilərək də nəzərə çarpacağını deyib. Bunun səbəbi “mmWave” standartının daha çox enerji istehlak etməsidir. Batareya ilə bağlı problemləri “Engadget”in müəllifləri də təsdiqləyib və batareyanın ömrünü çoxaltmaq üçün seriyanın əvvəlki modellərindən çox, “iPhone 12 Pro Max” almağı tövsiyə ediblər.

Ümumiyyətlə, ABŞ nəşrlərinin müəllifləri enerjinin azalmasını yeni smartfonların əsas çatışmazlıqlarından biri hesab edirlər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər