20 C
Baku
Tuesday, April 30, 2024

Dünyanın on ən varlı adamlarının sərvəti bir gündə 17,5 mlrd. dollar azalıb

Dünyanın on zəngin adamlarının ümumi sərvəti bir gündə 17,5 mlrd. dollar azalıb. İlk onluğa daxil olan və kapitalı azalmayan yeganə iş adamı “Amazon” şirkətinin qurucusu Jeff Bezos olub. Qiymətləndirmələrə görə, onun sərvəti 0,08% artıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Forbes Real-Time” reytinqində dünyanın ən varlı adamlarının sərvətinin necə dəyişdiyini aşağıda görə bilərsiniz:

1. “Amazon” şirkətinin təsisçisi Jeff Bezos: 144 milyon dollar artıb, ümumi sərvəti – 188,7 milyard dollar;

2. “Louis Vuitton Moët Hennessy”in prezidenti Bernard Arnault və onun ailəsi: 1,7 milyard dollar azalıb, ümumi sərvəti – 120,6 milyard dollar;

3. “Microsoft”un qurucusu Bill Gates: 1,7 milyard dollar azalıb, ümumi sərvəti – 115,2 milyard dollar;

4. “Facebook”un yaradıcısı Mark Zuckerberg: 2,8 milyard dollar azalıb, ümumi sərvəti – 101,8 milyard dollar;

5. “Tesla”nın təsisçisi Ilon Musk: 66 milyon dollar azalıb, ümumi sərvəti – 93 milyard dollar;

6. İnvestor Warren Buffet: 1,6 milyard dollar azalıb, ümumi sərvəti – 78,8 milyard dollar;

7. “Reliance Industries”in sahibi Mukesh Ambani: 3,7 milyard dollar azalıb, ümumi sərvəti – 77,3 milyard dollar;

8. “Oracle”ın təsisçisi Larry Elison: 2,6 milyard dollar azalıb, ümumi sərvəti – 76,1 milyard dollar;

9. “Microsoft”un sabiq rəhbəri Steven Ballmer: 1,7 milyard dollar azalıb, ümumi sərvəti – 71,8 milyard dollar;

10. “Google”un həmtəsisçisi Larry Page: 2 milyard dollar azalma, ümumi sərvəti – 70,6 milyard dollar.

Xatırladaq ki, bazar ertəsi günü Amerika fond bazarında indekslərin düşməsi müşahidə olunub. Bildirildiyi kimi, Dow Jones (ABŞ-ın 30 ən böyük şirkətini birləşdirir) indeksi 2,3% və ya 650,19 bənd, S&P 500 (ABŞ-ın 500 ən böyük şirkətini birləşdirir) 1,9%, Nastaq (eyni adlı birjada ticarət edən şirkətləri birləşdirir) isə 1,6% düşüb.

CNBC-nin qeyd etdiyi kimi, indekslərin çöküşü ABŞ-da koronavirusa yoluxanların sayının kəskin artması fonunda baş verib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər