1 C
Baku
Saturday, December 14, 2024

LVMH və “Tiffany” məhkəmədən əvvəl yenidən razılığa gəlməyə çalışacaqlar

“Louis Vuitton” və “Dior” markalarına sahib olan LVMH konserni və zərgərlik əşyaların istehsalçısı “Tiffany” müqavilənin şərtləri üzrə razılığa gəlmək üçün “aktiv danışıqlar aparırlar”.

Banker.az xəbər verir ki, bu barədə məlumatı mənbələrə istinadən “Financial Times” yazıb.

Verilən məlumata görə, danışıqlar yanvar ayı üçün planlaşdırılan məhkəmə çəkişməsindən yayınmaq məqsədini güdür. Tərəflər müqavilə şərtlərini yenidən nəzərdən keçirməyə, onun dəyəri üzrə ortaq razılığa gəlməyə hazır olduqlarını bildiriblər.

Qiymətləndirmələrə görə, tərəflər arasındakı çəkişmənin həlli yolunun tapılması xəbəri fonunda “Tiffany”nin səhmləri 5,15% bahalaşıb (129 dollar), LVMH-nin səhmləri isə 0,45% ucuzlaşıb (419,8 dollar).

Xatırladaq ki, LVMH-nin sahibi, eyni zamanda Avropanın ən zəngin adamı olan Bernard Arnault 2019-cu ildə “Tiffany” ilə satınalma müqaviləsini bağlayıb. Lakin 2020-ci ilin sentyabrında konsern bu fikrindən daşınıb. O, keçənilki müqaviləni noyabrın 24-dən gec olmayaraq bağlamaq istədiyini söyləsə də, Fransa hökuməti ABŞ-ın fransız mallarına tətbiq etdiyi sanksiyalar səbəbindən sövdələşməni 2021-ci ilin yanvarına kimi təxirə salmağı tövsiyə edib. Bu, LVMH və “Tiffany” arasında tərəfdaşlıq münasibətlərinin pozulmasına gətirib çıxarıb.

“Tiffany” məsələ ilə bağlı məhkəməyə müraciət edərək, LVMH konsernini müqavilənin bağlanmasına mane olmaqda günahlandırıb. Buna cavab olaraq konsern şirkəti koronavirus pandemiyasının səbəb olduğu böhran zamanı zəif təşkilatçılıqda təqsirləndirib.

Son xəbərlər
Digər xəbərlər