“Şahdağ Turizm Mərkəzi”nin əmlakı yenidən qiymətləndiriləcək

Dövlət Turizm Agentliyinə məxsus “Şahdağ Turizm Mərkəzi” QSC əmlakının yenidən qiymətləndirilməsi üçün kotirovka sorğusu elan edib.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini noyabrın 2-i, saat 11:00-a qədər şirkətin baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 96E (Landmark I, 4-cü mərtəbə) ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (077) 277-32-51 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Son xəbərlər
Digər xəbərlər