19 C
Baku
Tuesday, November 11, 2025

Azərbaycan neftinin qiyməti 39 dollara düşüb

Azərbaycan nefti “Azeri Light” markalı xam məhsulun bir bareli son sutkada 2.26 dollar ucuzlaşıb, bu da 5.44% qiymətdə enişdir.

Banker.az bildirir ki, milli xam neft brendimizin qiyməti hazırda  hər barel üzrə 39.26 dollardır.

Bu qiymət isə son həftə ərzinə ən aşağı enişdir. Neftimizin qiyməti bir həftə öncə 42.63 dollar/barel səviyyəsinə qədər yeksəlmişdi.

Hazırda Bloomberg-də Texas nefti 37.67 dollar/barel və Brent isə 39.27 dollar/barel qiymətində ticarət olunduqları müşahidə edilir.

Bildiyimiz kimi Şimal Yarımkürəsində payız ayının daxil olması ilə soyuqların gəlməsi koronavirus epidemiyasına yoluxma riskini artırıb. Fransa, Almaniyə və digər Avrop ölkələrində ciddi karantin rejiminə keçidi yenidən gündəmə gətərib. Bu da iqtisadi aktivliyi zəiflətdiyindən dolayısı ilə neftə olan tələbi təziyiqdə saxlayır.

Son xəbərlər
Digər xəbərlər