İslam İnkişaf bankı (IDB)-nın İcraçı direktorlar şurası 300-cü yığıncağında (19-22 oktyabr) 2014-2015-ci maliyyə ili üçün yeni əməliyyat planını təsdiq etdi. Bankın verdiyi məlumata görə, planın büdcəsi bankın inzibati xərcləri, fondlar və proqramlar nəzərə alınmadan 5,1 milyard dollar təşkil edir.
Bununla yanaşı, yığıncaqda 814,2 milyon dollar həcmində maliyyələşməni təmin etmək də təsdiq edilib. Bu məbləğin 230,2 milyon dolları Şarm əl-Şeyx beynəlxalq hava limanının inkişafının ikinci mərhələsi üçün nəzərdə tutulub.
İslam İnkişaf bankı əvvəllər hava limanının bərpa edilməsi üçün 226,8 milyon dollar təqdim etmişdi və yeni qərar IDB-nin bu layihədəki iştirakını 457 milyon dollara qədər yüksəldəcək.