“İmişli-Quşçuluq” MMC müflus elan olunması üçün Şirvan Kommersiya Məhkəməsinə müraciət edib.
Bununla bağlı məhkəmə baxışı noyabrın 12-də, saat 12:00-da keçiriləcək.
İşlə maraqlanan fiziki və hüquqi şəxslər aidiyyəti üzrə müraciət edə bilərlər.
Xatırladaq ki, “İmişli-Quşçuluq” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,073 milyon manatdır.