Gürcüstanın baş naziri Giorgi Qaxaria özünütəcrid rejiminə keçib.
Bu barədə o, “Facebook” səhifəsində yazıb.
Hökumət başçısı qeyd edib ki, təmasda olduğu əməkdaşında koronavirus aşkarlanıb: “Buna görə də özünütəcrid rejiminə keçmişəm və bu rejimdə işimi davam etdirəcəm”.
Yayılan məlumatlara əsasən, G.Qaxarianın mühafizəçisi COVID-19-a yoluxub.