Noyabrın 2-dən Almaniyada restoran, bar, kinoteatr, əyləncə məkanları fəaliyyətini dayandırır, eyni zamanda koronavirus pandemiyasının yeni dalğası səbəbindən ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşır.
Banker.az bu barədə “RBC.ru”ya istinadən xəbər verir.
Müvafiq mətn kansler Angela Merkelin bəyanatında, Almaniya hökumətinin saytında dərc edilib.
Verilən məlumata görə, ölkədəki karantin müddətin ən azı payızın sonuna qədər davam edəcək. Angela Merkel qeyd edir ki, yeni “sərt tədbirlər” səhiyyə sisteminin kollapsının qarşısını almaq üçün zəruridir.
Bundan əlavə, fitness klubları, üzgüçülük hovuzları, gözəllik salonları dekabr ayına qədər işləməyəcək.
Məhdudlaşdırıcı tədbirlərin sərtləşdirilməsi fonunda Almaniya hökuməti gəlirin böyük hissəsini kiçik şirkətlərə ödəməyə qərar verib. İşçi sayı 50-dən çox olan müəssisələr 2019-cu ilin noyabr ayı gəlirlərinin 75%-ni əldə edəcəklər. Almaniya hökuməti bu məqsədlə 10 milyard avro ayırmaq niyyətindədir.
Qeyd edək ki, Almaniyada 532 min insan koronavirusa yoluxub, onlardan 10,4 mini dünyasını dəyişib.