21.6 C
Baku
Monday, October 7, 2024

Qızıl ixracı sentyabrda birinci yeri tutub

2020-ci ilin sentyabr ayında qeyri-neft sektoru üzrə ixracda qızıl (25,8 mln. dollar) birinci, elektrik enerjisi (9,3 mln. dollar) ikinci, qabığı təmizlənmiş meşə fındığı – (8,3 mln. dollar) üçüncü yerdə qərarlaşıb.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor – 167,8 mln. dollar) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 150 mln. dollar) ikinci və pambıq mahlıcı (82,7 mln. dollar) üçüncü olub.

2020-ci ilin 9 ayı ərzində meyvə-tərəvəz ixracı 402 mln. dollar, pambıq lifi ixracı 83,9 mln. dollar, alüminium və ondan hazırlanan məmulatların ixracı 73,7 mln. dollar, kimya sənayesi məhsullarının ixracı 60,3 mln. dollar, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 38,2 mln. dollar,  plastmas və onlardan hazırlanan məmulatların ixracı 122,4 mln. dollar, pambıq ipliyi ixracı 12 mln. dollar, spirtli və spirtsiz içkilərin ixracı 9 mln. dollar, şəkər ixracı 12,4 mln. dollar, bitki və heyvan mənşəli piylər və yağlar  ixracı 17,3 mln. dollar, çay ixracı 6,7 mln. dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər