22.8 C
Baku
Monday, October 7, 2024

Xaricdən Azərbaycana ən çox sifariş olunan mallar açıqlanıb

 “İxrac İcmalı”nda 2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib.

Göstərilib ki, 2020-ci ilin yanvar-sentyabr aylarında Azexport.az portalına 462,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2020-ci ilin sentyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 33  milyon ABŞ dolları təşkil etmiş və ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artıb. 2017-ci ilin yanvar ayından 2020-ci ilin 30 sentyabr tarixinə kimi (45 ay ərzində) Azexport.az portalına dünyanın 142 ölkəsindən  daxil olan ixrac sifarişlərinin dəyəri 2 milyard 47   milyon ABŞ dolları təşkil edib. 

Cari ilin sentyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq lifi, fındıq, pomidor, soğan, toyuq yumurtası, badımcan, kartof, kərə yağı, yer kökü, tütün, şərab, tikinti materialı, qənnadı məhsulu, mühərrik yağı, nar və nar şirəsi və s. mallara daxil olub.

Son xəbərlər
Digər xəbərlər