21 C
Baku
Thursday, October 10, 2024

Azərbaycanlı milyarderin yerli şirkəti bank kreditləri cəlb edəcək

21 dekabr 2020-ci ilsaat 14.00-da Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvan­da Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ölkədə mövcud olan xüsusi karantin rejimininmüddəti uzadıldığı təqdirdə Teymur Əhmədov adına “AzNar” QSC səhmdarlarının ümumi yığıncağı 21 dekabr 2020-ci ilsaat 14.00-da onlayn formatda keçiriləcəkdir.

Növbəti ümumi yığıncağın gündəliyinə aşa­ğıdakı məsələlərin müzakirəsi daxil edilmişdir:

1. Teymur Əhmədov adına “AzNar” QSC-nin 2019-cu il üçün illik (maliyyə) hesabatları barədə.

2.Teymur Əhmədov adına “AzNar” QSC-nin 2019-cu ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə görə dividendlərin elan edilməsi və ödənilməsi barədə.

3. Teymur Əhmədov adına “AzNar” QSC-yə bank kreditlərinin cəlb edilməsi barədə.

4. Teymur Əhmədov adına “AzNar” QSC-nin nizamnamə kapitalı barədə.

5. Teymur Əhmədov adına “AzNar” QSC-nin direktorlar şurası barədə.

6. Teymur Əhmədov adına “AzNar” QSC-nin icra orqanı barədə.

7. Teymur Əhmədov adına “AzNar” QSC-nin yeni redaksiyada nizamnaməsi barədə.

Cəmiyyətin bütün səhmdarlarına izah olunur ki, səhmdarlar ümumi yığıncağın çağırılmasına 30 (otuz) gün qalmış gündəliyin layihəsinə aid təkliflər vermək və ümumi yığıncağa 15 (on beş) gün qalmış gündəliyə daxil edilmiş bütün məsələlər üzrə müvafiq sənədlərlə AZ2300, Göyçay şəhəri, Natəvan küçəsi 120 nömrəli ünvanda yerləşən cəmiyyətin inzibati binasında tanış olmaq hüququna malikdirlər.

Ümumi yığıncağa gələn səhmdarlar və səhmdarların nümayəndələri şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiqləyən etibarnamə təqdim etməlidirlər.

Xatırladaq ki, Teymur Əhmədov, Azərbaycan əsilli milyarder Fərhad Əhmədovun atasıdır və bu şirkəti onun adına adlandırıb.

Son xəbərlər
Digər xəbərlər