Azərbaycanda 1 oktyabr tarixinə olan statistik göstəriciyə görə, fikziki şəxslərə verilən kreditlərin həcmi 6 541.8 milyon manat (₼6.54 mlrd.) olmuşdur. Qeyd edək ki, bu kreditlərə BOKT istisna olmaqla hesablanır.
Azərbaycan Mərkəzi Bankından verilən məlumata görə, bu son bir ay ərzində ₼121.5 mln. , yəni, 2% artım deməkdir.
Lakin, son bir ayda artıma rəğmən bildirməliyik ki, bu ilin əvvəlindəki göstəricidən aşağıdır. İlin əvvəlində bu rəqəm ₼6 742.6 milyon idi.
1 oktyabr tarixinə fiziki şəxslərə verilən kreditlərin ₼6 007.5 milyon milli valyutada, ₼534.3 milyonu isə xarici valyutada verilən kreditlər olmuşdur.
Banklar sahibkarlıq fəaliyyətilə məşğul olan fiziki şəxslərə verdiyi kreditlərin portfelini də böyüdüb. Sahibkar fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə verilən kredit portfelinin həcmi ₼791.9 milyon olub. Bunun ₼706.3 milyonunu milli, ₼85.6 milyonu isə xarici valyutada verilən kreditlərdir.