9 C
Baku
Thursday, December 12, 2024

Vətəndaşlar tərəfindən boykot edilən “Papa Johns” şirkəti insanlardan üzr istəyib

Bir müddətdir vətəndaşlar tərəfindən boykot edilən “Papa Johns” şirkəti insanlardan üzr istəyib.

Banker.az xəbər verir ki, şirkət sosial şəbəkə hesabından insanları qarşıdan gələn bayraq günü münasibətilə təbrik edib və etdiyi səhvə görə Azərbaycan xalqından üzr istəyib.
“Biz Azərbaycan xalqını qarşıdan gələn Bayraq Günü münasibəti ilə təbrik edirik! Xalqımıza sülh və firavanlıq diləyirik. Bütün Azərbaycanlılara bayramlarımızı doğmaları ilə öz evlərində keçirmələrini arzu edirik. Sosial şəbəkələrimizdə etdiyimiz paylaşımın və onun silinməsinin nəticəsində hisslərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik”.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən “McDonald’s”, “KingBurger” və “Papa John’s” şirkətləri bir neçə gün əvvəl Qarabağ savaşına dəstək məqsədli paylaşdıqları postlarını sosial şəbəkədəki səhifələrindən silmişdilər. Sözügədən şirkətlərin bu davranışı Azərbaycan xalqı tərəfindən kütləvi şəkildə etirazla qarşılanıb və boykot edilmişdi.
Son xəbərlər
Digər xəbərlər