“Zəngilanda və işğaldan azad edilmiş digər ərazilərə baxış zamanı əldə olunan materiallardan sübut edilib ki, Azərbaycan Ordusu yalnız Ermənistan silahlı qüvvələri ilə deyil, həm də muzdlu əcnəbilərdən ibarət hərbi qruplaşmalarla mübarizə aparır”.
Bunu Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov bildirib.
“Düşmən bilməlidir ki, nə əcnəbi döyüşçülər, nə də hansısa könüllü dəstələr Azərbaycan əsgərini durdura bilməz. Həyatda qalmaq üçün onların bir yolu var: vaxt itirmədən silahı yerə qoyaraq döyüş meydanını tərk etmək”