“SOCAR Overseas” və “Palmali” arasında gedən məhkəmə işi üzrə London Beynəlxalq Arbitraj Məhkəməsində 5 Noyabr 2020-ci il tarixində arbitraj qərarı verib. Qərar “SOCAR Overseas”-in lehinə çıxarılıb.
Banker.az xəbər verir ki, SOCAR-dan verilən məlumata görə, SOCAR-ın “Palmali”yə qarşı iddiaları təsdiqlənmiş və təxminən 49,5 mln. ABŞ dolları məbləğində təzminat müəyyənləşib. “Palmali”-nin çox milyonluq qarşılıqlı iddiası tamamilə rədd edilib.
Xatırladaq ki, SOCAR və “Palmali” şirkətləri arasında daha əvvəl kommersiya münasibətləri mövcud olub. Bununla belə tərəflər heç vaxt birgə müəssisə qurmayıb. Palmali şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən bəri “Palmali” qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlayıb. İki ildən artıq davam edən 3 beynəlxalq arbitraj prosesindən biri artıq başa çatıb.